ایل بایرامین اس ام اسی(2)
یازار : زنگانلي آيخان
+0 به یه نبولودوز یاغار اولسون ، سولاریز آخار اولسون ، اوجاقیز یانار اولسون ، نوروزبایرامینیز موبارك اولسون
Buluduz yağar olsun . sularız axar olsun . ocağız yanar olsun . novruz bayramınız mübarək olsun .
"یئنه گلیر نازلی باهار ، نازلی یاز
هامینین یازیسین بو ایل یاغلی یاز
جان ساغلیغی ، جیب وارلیغی ، اولوم آز
مهریبان آللاهیم ، بئله یازی یاز."
"تازا ایلینیز موبارك اولسون."
yenə gəlir nazlı bahar nazlı yaz
hamının yazısını bu il yağlı yaz
can sağlığı cib varlığı ölüm az
mehrıban Allahım belə yazı yaz
yeni iliniz mübarək olsun
"گوزل اینسانلار ، گوزل گونلرده یادا دوشرلر"بو گوزل گونده دونیانین بوتون گوزللیك لری سنین حایاتین دا اولسون..." نوروز بایرامی سنه موبارك اولسون
gözəl ınsanlar gözəl günlərdə yada düşərlər . bu gözəl gündə dunyanın bütün gözəllikləri sənin hayatında olsun . novruz bayramı sənə mübarək .
سیزی بوگون كی نوروز بایرامی مناسیبتی ایله تبریك ائدیرم.قوی همیشه بئله گوزه ل بیر گونده بیر-بیری میزه اس ام اس یازاق.قوی همیشه پول لاریمیز بئله شئی لره گئتسین. بایرامینیز موبارك
sizi bügün ki münasibətilə təbrik edirəm . qoy həmişə belə gözəl bir gündə birbirimizə sms yazaq . qoy həmişə pullarımız belə şeylərə getsin . bayramınız mübarək .
سیزه چوخ عزیز و دیرلی اولان نوروز بایرامین تبریك ائدیرم.سیزه جان ساغلیغی، سوفره نیزین بول و بركتلی اولماسین آرزو ائدیرم، قوی بوتون آرزولارینیز یئرینه یتشسین، نوروز بایرامینیزی تبریك ایدیرم!!!
sizə çox əziz və dəyərli olan novruz bayramını təbrik edirəm . sizə can sağlığı sufranızın bol və bərəkətlı olmasını arzu edirəm . qoy bütün arzularınız yerinə yetişsin . novruz bayramızı təbrik edirəm .
كونلومده وار مین آرزو مین بیر دیلك،
گل باریشاق نازلی یاریم كوسمیك
با هم اولاق بایرام گونو بیز گرك
نوروز گونو اولسون سنه موبارك
könlümdə var min arzu minbir dilək
gəl barışaq nazlı yarım küsmüyək
bahəm olaq bayram günü biz gerək
novruz günü olsun sənə mübarək